Bu saytdakı məlumatların məqsədi
Bu saytdakı mətnlər ümumi məlumatlandırma məqsədi daşıyır. Məqsəd xəstənin öz vəziyyətini daha yaxşı başa düşməsi, həkimə daha dolğun suallar verməsi və müalicə barədə məlumatlı qərar verə bilməsidir.
Həkim müayinəsini əvəz etmir
Burada yazılanlar həkim müayinəsini, fərdi diaqnozu və təyin olunmuş müalicəni əvəz etmir. Hər xəstənin vəziyyəti fərqlidir; eyni əlamət müxtəlif insanlarda müxtəlif səbəblərdən yarana bilər.
Saytda oxuduqlarınıza əsaslanaraq dərmanınızı dayandırmayın, dozasını dəyişməyin və ya yeni dərman qəbuluna başlamayın. Belə qərarlar yalnız sizi izləyən həkimlə birlikdə verilir.
Dərman adları və dozalar
Səhifələrdə konkret dərman adları və dozalar göstərilmir. Bu, qəsdəndir: doza seçimi yaşdan, böyrək və qaraciyər funksiyasından, digər xəstəliklərdən və qəbul edilən başqa dərmanlardan asılıdır. Vebsayt bu qiymətləndirməni apara bilməz.
Təcili hallar
Aşağıdakı hallarda saytda məlumat axtarmayın — 103-ə zəng edin və ya ən yaxın təcili yardım şöbəsinə müraciət edin:
- 20 dəqiqədən çox davam edən, dincəlməklə keçməyən sinə ağrısı və ya sıxılma
- ağrının çiynə, qola, çənəyə və ya kürəyə yayılması; soyuq tər və ürəkbulanma ilə birlikdə
- kəskin başlayan güclü təngnəfəslik
- huşun itməsi
- nitqin pozulması, üzün əyilməsi, bir tərəfin gücsüzləşməsi
Məlumatın aktuallığı
Yazılar dərc tarixindəki tibbi biliyə əsaslanır. Tibbi məlumat vaxt keçdikcə yenilənir; hər səhifədə son baxış tarixi göstərilir.
Müəllif və məsuliyyət
Saytdakı tibbi məzmunun müəllifi və tibbi məsuliyyət daşıyanı Dr. Şəfa Şahbazovadır (klinik və invaziv kardioloq).