Lux İnternational Hospital · Bakı
Kardioloq Dr. Şəfa Şahbazova
Klinik və invaziv kardioloq. Ürək-damar xəstəliklərinin müayinəsi, dərman müalicəsinin izlənməsi və kateter yolu ilə aparılan müdaxilələr — koronar angioqrafiya, stentləmə və sonrakı uzunmüddətli nəzarət.
Nə ilə məşğul oluram
Kardiologiyanın iki tərəfi var
Biri kabinetdə olur: şikayəti dinləmək, təzyiqi izləmək, EKQ və exokardioqrafiyanı oxumaq, dərmanı düzgün seçmək. Digəri kateter laboratoriyasında: damarın içinə baxmaq və lazım olanda onu açmaq.
Mən hər ikisini aparıram. Bu, xəstə üçün praktik bir fərq yaradır — angioqrafiyanı təyin edən, icra edən və nəticəsinə görə sonrakı müalicəni quran eyni həkimdir.
Fəaliyyət istiqamətləri
Hansı sahələrdə işləyirəm
İnvaziv kardiologiya
Kateter laboratoriyasında nə baş verir, angioqrafiyadan müdaxiləyə qədər yol necə qurulur.
ƏtraflıKoronar angioqrafiya
Damarın içini birbaşa göstərən müayinə: nə vaxt lazımdır, necə keçir, sonra nə olur.
ƏtraflıAngioplastika və stent
Stentləmə, restenoz və dərman örtüklü balon — damara əlavə metal qoymadan müdaxilə imkanı.
ƏtraflıÜrəyin işemik xəstəlikləri
Stenokardiya və infarkt: hansı sinə ağrısı ürəkdəndir, diaqnostika yolu necə qurulur.
ƏtraflıHipertoniya
Uzun müddət səssiz gedən yüksək təzyiqin qiymətləndirilməsi və idarə olunması.
ƏtraflıÜrək çatışmazlığı
Təngnəfəslik, ayaqda şişkinlik və yorğunluq — nə vaxt ürəkdən olur, necə izlənir.
ƏtraflıŞikayətlər
Hansı hallarda müraciət olunur
- Sinə ağrısı, sinədə sıxılma və ya yanma hissi
- Yeriyəndə, pilləkən qalxanda tez yorulma və təngnəfəslik
- Ürəkdöyünmə, ürəyin “atlaması” hissi
- Yüksək qan təzyiqi və ya təzyiqin nizamsız davranması
- Ayaqlarda şişkinlik
- Analizlərdə yüksək xolesterin
- Ailədə erkən yaşda infarkt olması
- Əvvəllər infarkt keçirmiş, stent qoyulmuş və ya ürək əməliyyatı olunmuş olmaq
Elmi fəaliyyət
Klinik işlə yanaşı
On iki elmi işin müəllifi və ya həmmüəllifiyəm: doqquz jurnal məqaləsi və üç konfrans təqdimatı. Məqalələrdən üçü PubMed bazasında indekslənib, ikisində birinci müəllifəm.
2022-ci ildən Azərbaycan Tibb Universitetinin doktorantura pilləsində təhsilimi davam etdirirəm. 2024-cü ildən həmin universitetin III Daxili xəstəliklər kafedrasıında dərs deyirəm.
Azərbaycan Kardiologiya Cəmiyyətinin Pulmonar Vaskulyar Xəstəliklər işçi qrupuna rəhbərlik etmişəm.
ORCID: 0000-0002-6695-1584
Xəstə ilə iş üslubum
Təyinatın səbəbini izah etməyə vaxt ayırıram
Adam öz vəziyyətini anlamırsa, müalicəyə uzun müddət riayət etmir. Ona görə hansı müayinənin niyə təyin olunduğunu izah etmək qəbulun bir hissəsidir.
Prosedurdan sonrakı dövr müalicənin sonu deyil
Stent qoyulması başlanğıcdır. Dərmanın davamlılığı, təkrar müayinələr, qidalanma və hərəkət rejimi nəticəni prosedurun özü qədər müəyyən edir.
Qəbul
Qəbul yeri
Lux İnternational Hospital
Faiq Yusifov küçəsi 146A, Bakı AZ1033
Qəbula yazılmaq, gün və saatı dəqiqləşdirmək üçün əlaqə səhifəsindəki məlumatlardan istifadə edin. Müayinəyə nə gətirmək lazım olduğu ayrıca izah olunub.
Qəbula nə gətirməli
- Köhnə EKQ lentləri — kağız orijinal
- Exokardioqrafiya, Holter, yüklənmə testi nəticələri
- Angioqrafiya protokolu və diski, olubsa
- Son 6 ayın qan analizləri
- Dərman qutuları — ad və dozanı yaddan çıxarmaq asandır