Tez-tez verilən suallar
Qəbulda ən çox verilən suallar və qısa cavabları. Daha ətraflı izahlar bloq bölməsindədir.
Qəbul və hazırlıq
Qəbul Lux İnternational Hospitalın qeydiyyat bölməsi vasitəsilə təşkil olunur. Nömrələr və randevu prosesi əlaqə səhifəsində verilib.
Köhnə EKQ lentləri, exokardioqrafiya, Holter və yüklənmə testi nəticələri, son 6 ayın analizləri, xəstəxana çıxarışları və qəbul etdiyiniz bütün dərmanların qutuları. Təzyiq problemi varsa — bir həftəlik ev ölçmələri.
Əksinə göstəriş verilməyibsə, bəli. Dərmanı özbaşına dayandırmayın.
Yalnız qan analizi planlaşdırılıbsa. Qeydiyyatdan əvvəlcədən soruşun.
İlk qəbul adətən təkrar qəbuldan uzun olur, çünki tarixçənin toplanması vaxt aparır.
Şikayətlər
Xeyr. Sinə ağrısının bir çox səbəbi var. Amma 15–20 dəqiqədən çox davam edən, dincəlməklə keçməyən ağrıda gözləmək olmaz — 103-ə zəng edin.
Mütləq yox. EKQ ürəyin yalnız çəkildiyi anını göstərir. Şikayət davam edirsə, müayinə davam edir.
Ürəkdöyünmənin bir hissəsi zərərsizdir. Fərqi müayinəsiz demək mümkün deyil; təkrarlanırsa Holter monitorinqi məlumat verir.
Ola bilər, amma başqa səbəblər daha çox rast gəlinir. Şişkinliklə birlikdə təngnəfəslik və ya sürətli çəki artımı varsa, müayinə gecikdirilməməlidir.
Angioqrafiya və stent
Kateterin daxil olduğu yer keyidilir. Damarın içi ağrıya dəri kimi həssas olmadığı üçün kateterin hərəkəti adətən hiss olunmur. Xəstə prosedur boyu adətən oyaq olur.
Xeyr. Angioqrafiya diaqnostik müayinədir. Daralma yoxdursa və ya müdaxilə tələb etmirsə, stent qoyulmur.
Stent damarda qalır və çıxarılmır. Amma xəstəlik davam etdiyi üçün müalicə və izlənmə dayanmır.
Yalnız həkimin göstərişi ilə. Bu dərmanların özbaşına dayandırılması ciddi risk yaradır.
Bəzən daralır — buna restenoz deyilir. Belə hallarda hər zaman yeni stent lazım gəlmir; dərman örtüklü balonla müdaxilə mümkündür.
Bəli, hətta tövsiyə olunur. Başlama vaxtını və intensivliyi həkimlə dəqiqləşdirin.
Təzyiq və xolesterin
Normal göstərici dərmanın işlədiyini göstərir, lazımsız olduğunu yox. Qərarı həkim verir.
Dərman tənzimlənən dövrdə 7 gün, səhər və axşam, hər dəfə iki ölçmə.
Qaraciyər fermentləri bir qədər qalxa bilər; ciddi zədələnmə nadirdir. Göstəricilər nəzarətdə saxlanılır.
Xeyr. Kəsildikdə göstərici çox vaxt əvvəlki səviyyəyə qayıdır.
Ümumi
Bəli. Əvvəlki müayinə nəticələrinizi və çıxarışlarınızı gətirin.
Xeyr. Bu səhifələr məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.
Xeyr. Sosial şəbəkə paylaşımları ümumi maarifləndirmə üçündür; fərdi qiymətləndirmə müayinə tələb edir.