Elmi və akademik fəaliyyət

Klinik işlə yanaşı elmi araşdırma, tədris və peşəkar cəmiyyət fəaliyyəti aparıram. Aşağıda təhsil, işçi qrup fəaliyyəti və iştirak etdiyim elmi tədbirlər verilib.

Akademik təhsil və tədris

2022-ci ildən Azərbaycan Tibb Universitetinin doktorantura pilləsində təhsilimi davam etdirirəm.

2024-cü ildən həmin universitetin III Daxili xəstəliklər kafedrasıında müəllim kimi çalışıram. Tələbələrə kardiologiya üzrə nəzəri və praktik dərslər aparıram; dərslərin əsasını real klinik hadisələr və klinik düşüncə təşkil edir.

2023-cü ildən Londonda ürək çatışmazlığı üzrə diplomdansonrakı təhsil proqramında (Heart Failure School) təhsilimi davam etdirirəm.

Peşəkar cəmiyyətlər

  • Azərbaycan Kardiologiya Cəmiyyəti — Pulmonar Vaskulyar Xəstəliklər işçi qrupuna rəhbərlik etmişəm
  • Azərbaycan Kardiologiya Cəmiyyəti — İnvaziv Kardiologiya işçi qrupu üzvü
  • Avropa Kardiologiya Cəmiyyəti üzvü

İşçi qrup fəaliyyəti çərçivəsində hazırladığım metodik yazı — “Aorta osteal darlıqlara perkutan müdaxilə”.

İşçi qrup fəaliyyəti

Pulmonar vaskulyar xəstəliklər

Azərbaycan Kardiologiya Cəmiyyətinin Pulmonar Vaskulyar Xəstəliklər işçi qrupuna rəhbərlik etmişəm.

Pulmonar hipertenziya nədir?

Ürəyin sağ tərəfindən ağciyərlərə qan aparan damarlarda təzyiqin yüksəlməsi. Bu, adi qan təzyiqindən fərqli bir vəziyyətdir və qoldan ölçülən təzyiqlə aşkarlanmır.

Ən çox rast gəlinən əlamətlər: getdikcə artan təngnəfəslik, yorğunluq, fiziki yükə dözümün azalması, bəzən huşitirmə hissi və ayaqlarda şişkinlik. Bu əlamətlər başqa bir çox vəziyyətdə də olduğu üçün diaqnoz çox vaxt gecikir.

Necə aşkarlanır

İlkin qiymətləndirmədə ürəyin ultrasəs müayinəsi (exokardioqrafiya) istifadə olunur — o, ağciyər arteriyasındakı təzyiq barədə dolayı məlumat verir. Şübhə güclü olarsa, diaqnoz mərkəzləşdirilmiş şəraitdə, xüsusi müayinələrlə dəqiqləşdirilir.

Bu istiqamətdə elmi iş

İşçi qrup fəaliyyəti dövründə aparılan araşdırmalardan biri pulmonar hipertenziyalı xəstələrdə ürək ritmi dəyişkənliyinin proqnostik əhəmiyyətinə həsr olunub və 2023-cü ildə Turk Kardiyol Dern Ars jurnalında dərc olunub.

PubMed 37861265 DOI 10.5543/tkda.2023.27078

Bu bölmə elmi və təşkilati fəaliyyəti təsvir edir. Pulmonar hipertenziyanın müalicəsi yüksək ixtisaslaşmış sahədir və burada klinik xidmət təklifi kimi təqdim edilmir.

Elmi tədbirlər

Konqres və konfranslar

Avropa Kardiologiya Cəmiyyətinin tədbirlərində, interventional kardiologiya üzrə beynəlxalq konqreslərdə və ölkədaxili elmi-praktik konfranslarda iştirak edirəm.

Nəşrlər

13 elmi iş

Doqquz jurnal məqaləsi, bir metodik yazı və üç konfrans təqdimatı. Məqalələrdən üçü PubMed bazasında indekslənib, ikisində birinci müəllifəm. Hər nəşrin DOI və ya PubMed nömrəsi göstərilib ki, yoxlana bilsin.

Nəşrlərin tam siyahısı

ORCID: 0000-0002-6695-1584

Təcili hallarda randevu gözləməyin

20 dəqiqədən çox davam edən, dincəlməklə keçməyən sinə ağrısı; kəskin təngnəfəslik; huşun itməsi; nitqin pozulması və ya üzün əyilməsi — 103-ə zəng edin və ya ən yaxın təcili yardım şöbəsinə müraciət edin.

103