Dr. Şəfa Şahbazova kimdir?
Klinik və invaziv kardioloqam. Bakıda, Lux İnternational Hospitalın Kardiologiya şöbəsində çalışıram. İşimin bir hissəsi adi kardioloq qəbuludur; digər hissəsi kateter laboratoriyasındadır.
Peşə yolum
Rezidenturamı və kardioloq kimi ilk illərimi Bakıdakı Mərkəzi Klinikada keçmişəm. Həmin dövrün elmi işləri beynəlxalq jurnallarda dərc olunub və bu gün də açıq şəkildə oxuna bilər.
2024-cü ildən Lux İnternational Hospitalda Kardiologiya şöbəsinə rəhbərlik edirəm. Eyni ildən Azərbaycan Tibb Universitetinin III Daxili xəstəliklər kafedrasıında tələbələrə kardiologiya üzrə dərs deyirəm.
Kateter laboratoriyasında apardığım işlər koronar angioqrafiya, stentləmə, kalsifikləşmiş damarlarda rotablasiya, restenozda dərman örtüklü balonla müdaxilə və mürəkkəb anatomiyalarda — o cümlədən sol əsas koronar arteriyada — aparılan prosedurlardır.
Təhsil və vəzifələr
Tarixçə
Təhsil
| İllər | Təhsil | Müəssisə |
|---|---|---|
| 2008–2014 | Ali tibb təhsili | Azərbaycan Tibb Universiteti |
| 2014–2018 | Rezidentura, kardiologiya | Mərkəzi Klinika |
| 2022 — davam edir | Doktorantura | Azərbaycan Tibb Universiteti |
| 2023 — davam edir | Heart Failure School | London, Böyük Britaniya |
İş təcrübəsi
| İllər | Vəzifə | Müəssisə |
|---|---|---|
| 2018–2023 | Həkim kardioloq | Mərkəzi Klinika |
| 2024 — davam edir | Mütəxəssis invaziv kardioloq, Kardiologiya şöbəsinin müdiri | Lux İnternational Hospital |
| 2024 — davam edir | III Daxili xəstəliklər kafedrasının müəllimi | Azərbaycan Tibb Universiteti |
İş üslubum
İki şeyə diqqət edirəm
Birincisi — xəstənin nə üçün hansı müayinənin təyin olunduğunu başa düşməsi. Adam öz vəziyyətini anlamırsa, müalicəyə uzun müddət riayət etmir. Ona görə təyinatın səbəbini izah etməyə vaxt ayırıram.
İkincisi — prosedurdan sonrakı dövr. Stent qoyulması müalicənin sonu deyil, başlanğıcıdır. Dərmanın davamlılığı, təkrar müayinələr, qidalanma və hərəkət rejimi nəticəni prosedurun özü qədər müəyyən edir.
Sosial şəbəkələrdə də bu məntiqlə yazıram: mifi əvvəlcə açıq şəkildə səsləndirib, sonra sakit dillə cavab verirəm. Qorxutmaq heç kimi sağaltmır.
Üzvlüklər və elmi fəaliyyət
Peşəkar cəmiyyətlər
- Azərbaycan Kardiologiya Cəmiyyəti — Pulmonar Vaskulyar Xəstəliklər işçi qrupuna rəhbərlik etmişəm
- Azərbaycan Kardiologiya Cəmiyyəti — İnvaziv Kardiologiya işçi qrupu üzvü
- Avropa Kardiologiya Cəmiyyəti üzvü
Elmi işlər
On üç elmi işin müəllifi və ya həmmüəllifiyəm: doqquz jurnal məqaləsi, bir metodik yazı və üç konfrans təqdimatı. Məqalələrdən üçü PubMed bazasında indekslənib, ikisində birinci müəllifəm.
Elmi nəşrlərim beynəlxalq bazalarda Shahbazova S adı ilə indekslənib. ORCID: 0000-0002-6695-1584
Qəbul
Qəbul Lux İnternational Hospitalda aparılır: Faiq Yusifov küçəsi 146A, Bakı AZ1033. Randevu, müayinəyə hazırlıq və özünüzlə gətirməli olduğunuz sənədlər barədə ətraflı məlumat ayrıca səhifədədir.